Sudanda ordu prezidenti devirdi - YENİLƏNİB -

11-04-2019, 11:28            71 dəfə baxılıb

Hərbi çevriliş nəticəsində Sudan Prezidenti Ömər əl-Bəşir hakimiyyətdən devrilib. 
Unikal.org xəbər verir ki, məlumatı “Al-Arabiya” televiziyası yayıb.
Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır, onun mühafizəçisi həbs olunub.
“Al-Hadath” telekanalının məlumatına görə, minlərlə insan küçələrə çıxaraq, Ömər əl-Bəşir rejiminin sona çatmasını bayram edir.
09:57
Sudanda ordu hərbi çevriliş edib.
Unikal.org xəbər verir ki, bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.
Hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.
Hərbçilər Sudanda bir müddətdir hakimiyyəti ələ keçirməyə çalışırdılar. шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.