Abşeron RİH-i hərbi hissədə Novruz şənliyi keçirdi -

21-03-2019, 00:38            123 dəfə baxılıb

Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin rayon ərazisində yerləşən N saylı hərbi hissəsində əsgərlər üçün Novruz şənliyi təşkil edilib.
Tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Hərbi hissənin komandanlığı Abşeron Rayon İcra Hakimiyyəti rəhbərliyinin bayram gününü əsgərlərlə birlikdə keçirməsini yüksək qiymətləndirərək ölkədə orduya böyük diqqət və qayğının göstərildiyini, əsgərlərimizin işğal altında olan torpaqları azad etməyə hər zaman hazır olduqlarını bildirib.

Abşeron RİH-nin başçısı İ.Gülməmmədova hərbi hissənin əsgər və zabit heyətini bayram münasibəti ilə təbrik edərək, növbəti bayramların işğal altında olan torpaqlarımızda keçirilməsini arzulayıb. İ.Gülməmmədova Azərbaycanın ordu quruculuğunda böyük naliyyətlərin əldə olunduğunu qeyd edərək əsgərlərimizin düşmənən ağır zərbələr vurmağa və bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandırmağa qadir olduğunu bildirib.

Sonra hərbi xidmətdə fərqlənən bir qrup əsgər və zabit fəxri fərman və hədiyyələrlə təltif olunub.

Daha sonra əsgər yeməkxanasına baş çəkilib və İ.Gülməmmədova əsgər yeməyindən dadıb.

Şənlikdə Rayon İcra Hakimiyyəti tərəfindən gətirilən bayram sovqatı əsgərlərə təqdim edilib.

Tədbir incəsənət nümayəndələrinin konserti proqramı ilə davam etdirilib.

















шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.