Öləndən sonra milyonçu olmaq şansı: Orqanlarımız 45 milyon dollardır -

6-03-2019, 16:30            125 dəfə baxılıb
 Azərbaycanda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Qanuna əsasən, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. 
Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumları və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və ya toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.
Azərbaycanda hazırda meyitdən orqan köçürülməsi məsələsi müzakirə olunur.
Ümumilikdə, dünyada il ərzində insan orqanlarının qeyri-qanuni dövriyyəsi 600 milyon dollar həcmində qiymətləndirilir. Bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq Mübarizə İdarəsinin hesabatında bildirilir. Hesabatda dərc olunmuş məlumat Qvatemalada keçirilən insan alveri, orqan və toxumaların ticarətinə dair birinci regional konqresdə səsləndirilib.
Ümumiyyətlə, insan orqanlarının dəyəri  necə dəyişir? 
Cebhe.info xəbər verir ki, insan bədəninin istifadə edilə bilən hissələrinin ayrı-ayrılıqda satılması halında cəmi dəyərinin 45 milyon dollar olacağı hesablanıb. “Wired Magazine” jurnalı tərəfindən aparılan araşdırmaya görə, insan bədənindəki mayelər, toxumalar və mikrob öldürməyə yarayan anticisimlər böyük məbləğdə pul edir. Ancaq bunları satmaq mümkün deyil, çünki bu bədən parçaları olmadan insanlar yaşaya bilmir. Araşdırma ən həyati orqanların pul baxımdan ən bahalı orqanlar olmadığı gerçəyini də ortaya qoyub.
Məsələn, insan bədəninin ən bahalı ünsürü sümük iliyidir. Sümük iliyinin qramı 23 min, kilosu isə 23 milyon dollardır. Hər hüceyrədə olan DNA-ların isə 1 qramının qiyməti 1.3 milyon dollardan başlayır. Bədəndən alına bildiyi təqdirdə anticisimlər də 7.3 milyon dollar edir. Bir ağciyər 116400, böyrək 91400, ürək isə 57 min dollara alına bilir.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.