"ŞAPKA MAMED” SAHİBKARLARA AYRILAN PULLARI GÖYƏ SOVURUR — İTTİHAM -

6-03-2019, 16:15            79 dəfə baxılıb
 "Prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərman alqışlanası fərmandır, amma görəcəksiz ki, bu məmurlar, bank sahibləri, xalqın malını talayanlar onun icra olunmasına əngəl olmağa çalışacaqlar”.

Bu fikirləri Mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. 

O bildirib ki, hər şeydən öncə bank sahibi olan məmurlar cavab verməlidirlər:

"Bu məmurlar niyə xalqı yaman günə qoyurdular? İndi də dövlət yükü çiyninə götürüb. Belə baxanda, həmin oliqarx məmurların bankları qazanacaq. Ona görə hər zaman deyirəm ki, bu mənfur qüvvələr dövlətə zərbə vurmaqla məşğuldurlar. Ölkə başçısının yürütdüyü siyasətə qarşı çıxanlar bu məsələdə də süni əngəllər yaratmağa çalışacaq. Artıq bəzi bank sahibləri borclulardan rüşvət almaq üçün yollar axtarır. Yəni, Prezidentin mütərəqqi addımına haram qatmaq istəyirlər. Hesab edirəm ki, bu istiqamətdə ciddi addımlar atılmalıdır. Nə qədər ki, oliqarx-məmurların əllərində banklar var, bu problemi həll etmək mümkün olnayacaq. Camaatın borcunu milyardları xaricə daşıyan məmurlara ödətmək lazımdır”.
Müsahibimiz pensiya, müavinət və əməkhaqlarının qalxmasından sui-sitifadə hallarına satrt verildiyini vurğulayıb. Onun sözlərinə görə, Prezident pensiyaları, müavinətləri, maaşları qaldırır, amma bəzi mənfur qüvvələr dövlətə zərər vurmaq üçün ərzaq və digər məhsulların qiymətini bahalaşdırır:
"Yəni, Prezident xalqla bir yerdə olduğunu göstərir, müsbət addımlar atır, həmin məmurlar o dəqiqə əks istiqamətdə tədbirlər həyata keçirir. Pensiya 3 faiz artır, amma unu, yağı, makaronu 50 faiz bahalaşdırırlar. Ona görə də hesab edirəm ki, bu komanda ilə, bu hökumətin üzvləri ilə bir addım irəli gedə bilmərik. Sahibkarlara ayrılan pulların hamısını mənimsəyirlər. "Şapka Mamed” deyilən şəxs sahibkarlara ayrılan pulları göyə sovurur. Bu cür adamları niyə görmürlər? Nə qədər ki, bu gözü, qarnı doymayan komanda üzvləri var, biz problemlərdən xilas ola bilməyəcəyik.
Prezident xalqı ilə bir yerdə olmaq istəyir, ona imkan vermirlər. Bu səbəbdən də biz Prezidenti yanında olmalıyıq. Ona bu işdə dəstək olmalıyıq”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.