Şimali Osetiya Respublikası “Azərbaycan Konqresi”nin Ağsaqqallar Şurasının sədri Ələkbər Quliyevin – 71 yaşı qeyd olundu. -

6-03-2019, 15:00            80 dəfə baxılıb
 06.03.2019-cu il tarixdə 1948-ci ilin bu günündə anadan olmuş Şimali Osetiya Respublikası “Azərbaycan Konqresi”nin Ağsaqqallar Şurasının sədri Ələkbər Quliyevin – 71 yaşı qeyd olundu. Tədbiri giriş sözü ilə “Azərbaycan Konqresi”nin fəxri Prezidenti Şahin Məmmədov açaraq, öz ürək sözlərini bildirdi:
Tarixə qısaca olaraq nəzər salsaq Azərbaycanın təqribən 5 min illik dövlətçilik tarixinə malik olduğunu asanlıqla görə bilərik. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında qüvvətli dövlətlər mövcud olmuşdur. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.
İslam dinin qəbul etdikdən sonra Azərbaycan xalqında buna qədər formalaşmış milli mental dəyərlər bir daha formalaşaraq milli qanımıza hopmuşdur.
Bəzi güclü dövlətlərin müasir zamanımızda dünya siyasi arenasında regional üstünlüklərini diqtə edən dövlətlərinin yaranmasında öz tarixi liderlərinə borcludurlar. Belə şəxsiyyətlərdən Rusiya dövlətinin müasir dövlətçilik ənənələrini təmin etmiş I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçill, fransızlar üçün Şarl de Qoll, türklər üçün Mustafa Kamal Atatürkdürsə, biz azərbaycanlılar üçün, şübhəsiz, Heydər Əliyevdir!
Şimali Osetiya – Alaniya Respublikası “Azərbaycan Konqresi” Azərbaycan dövlətçiliyinin ideoloji–siyasi, iqtisadi siyasətini, xalqımızın milli dəyərlərini və s. prioritetlərini regionda təbliğındə qazandıqları uğurların təməlini öz üzvləri arasında milli birliyə nail olmaqla yaradıblar.
Bu gün Şimali Osetiya – Alaniya Respublikası “Azərbaycan Konqresi” Ağsaqqallar Şurasının sədri, nəinki, Şimali Osetiyada, demək olar ki, Rusiya Federasiyasında tananmış ziyalımız Ələkbər Quliyevin 71 yaşı tamam olur. Bu münasibətlə Ələkbər müəllimi təbrik edərək ona uzun ömür və can sağlığı arzu edirik.
Şahin müəllim uzun müddət vətəndən uzaq, qürbətdə yaşasa da azərbaycançılıq ənənələrini qoruyub saxlamağı bacarmışdır. Şimali Osetiya Respublikası Azərbaycan Konqresində tarixi kökünə bağlılılıq həmişə ön plana çəkilib. Konqresin fəxri prezidenti Şahin Məmmədov tərəfindən (öz şəxsi vəsaiti hesabına) Konqresdə fəaliyyət göstərən yaşlı nəslin yubileylərini qeyd etmək bir ənənə halını alıb. Şahin müəllim ümumiyyətlə Vladiqfqaz şəhərində yaşayan tananmış azərbaycanlı ziyalılara bu cür ehtiramla yanaşır.
Sonra söz Ələkbər Quliyevə verildi: Mən, Quliyev Ələkbər Mursaloviç 6 mart 1948-ci il tarixdə Orjenikidze (indiki Şimali Osetiya Vladiqafqaz) şəhərində anadan olmuşam. Orta məktəbi də bu şəhərdə bitirmişəm. Şimali Osetiya Dövlət Universitetinin hüquq fakultəsini bitirmişəm.
 1972-ci il tarixdə ailə həyatı qurmuşam. Həyat yoldaşım Bakılıdır. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Biz ailə həyatı qurduqdan sonra Orjenikidze şəhərinə gəlmişik və indiyə kimi də bir yerdə ömür sürürük.
Universiteti bitirdikdən sonra 1973-cü ildə mən birillik hərbi xidmətimi Orjenikidze şəhərində, Daxili İşlər Nazirliyinin nəzdində olan milis məktəbində keçdikdən sonra Şimali Osetiya Respublikasının Prokuororluq orqanında işə başladım. Prokurorluq orqanında müxtəlif vəzifələrfə çalışdım.
2003-2005-ci illərdə Şimali Osetiya Respublikası Baş Prokurorunun 1-ci müvini vəzifəsində işlədim. Həmin ili pensiya yaşım çatdığına görə təqaüdə çıxdım. Ancaq mənə dincəlməyə macal vermədilər. Çnki bu orqanda məni artıq mütəxəssis kimi tanayırdılar.
Bir il keçdikdən sonra məni Rusiya Federasiyasının İstintaq Komitəsinin Şimali Osetiya – Alaniya  Respublikasının Prokurorluğunun İstintaq İdarəsinə işə dəvət etdilər. Beş il bu vəzifədə işlədim. Sonradan yerimi gənclərə vermək üçün öz ərizəmlə işdən azad oldub Şimali Osetiya Respublikası Azəebaycan Konqresinin Ağsaqqllar Şurasının sədri kimi aktiv fəaliyyət göstərirəm.
Konqresdəki fəaliyyətim isə 12 sentyabr 1990-cı ilə təsadüf edir. Həmin dövrdə “Azəri” adlı cəmiyyətin yaranmasında Hüseyn Maniyevlə birlikdə çox maneələri aşmışıq. Çox təəssüflər olsun ki, bu maneələri yaradanların içərisində “sapı özümüzdən olan baltalar” da var idi. Bütün bunlara baxmayaraq Vətən sevgisi ətrafında birləşmiş Şahin Məmmədov, Murtaza Gülməmmədov, Ələkbər Quliyev və s. kimi millətini sevən, vətənin qüdrəti ilə fəxr edən insanlar birləşərək Dövlət siyasətinin icrasında az da olsa öz vətəndaşlıq borclarını verə bildilər.
Belə bir deyim var “pis millət yoxdur”. Mən deyərdim ki, var. Bunu Puşkin kimi dahi şəxsiyyətlər də öz sözləri ilə təsdiq ediblər. Qədim tarixi mədəniyyətə malik olub, dahi şəxsiyyətləri, təkrarolunmaz mədəniyyəti, qonaqpərvəliyi və s. xüsusiyyərlərilə bütün millətlərdən seçilən və başqa mədəniyyətlərə və xalqlara qardaşlıq münasibəti ilə yaxınlaşan bizim əvəzolunmaz Millətimiz barədə də dahi şəxsiyyətlərin ürəkaçan sözləri sayəsində xarekterizə olunub.
Mən də bu millətin oğlu olaraq bütün bu üstün xüsusiyyətlərinə görə öz millətimi sevirəm. Sevmək azdır. Millətimi təmsil edən dövlətimi də sevirəm. Buna görə də uşaqlıq illərindən içimdə alovlanan mental dəyərləri həmişə qoruyub saxlamağa çalışmışam. Həyatımın bütün dövrlərində, istər sıravi işlərdə olsun, istərsə də rəhbər vəzifələrdə işlədiyim dövrlərdə atacağım addımlarda milli dəyərlərim həmişə yanımda olub.
Dünya siyasi arenasında öz dəsti-xətti ilə dahi dövlət xadimləri arasında ön sıralarda yer tutmuş Heydər Əliyev siyasətini yaxından izləmiş və ona çox böyük sevgim olub və olmaqdadır. Bu gün bütün dünyanın az qala Azərbaycanımızı udmağa hazır olduğu bir vaxtda, Ölkəsində sabitliyi və inkişafı qoruyub saxlamağı bacaran İlham Əliyev siyasəti də danılmaz bir faktdır.
Erməni separatçı millətçilərinin hər şeyimizi, torpaqlarımızı, milli mədəniyyətlərimizi, milli mətbəximizi, ümumilikdə yaxşı nəyimiz varsa hər şeyimizi öz adlarına çıxdıqları vaxtda, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyasında böyük əmək sərf etmiş və hal-hazırda da edən 1-ci Xanım Mehriban Əliyevanın gördüyü işlər sayəsində dünya dövlətlərinin və millətlərinin Azərbaycana və azərbaycanlılara olan münasibətlərinin müsbətə doğru dəyişməsi də bir faktdır.
Şimali Osetiya Respublikası Azərbaycan Konqresi də fəxri prezidentimiz Şahin Məmmədovun rəhbərliyi altında Azərbaycan hakimiyyətinin apardığı dövlət siyasətinin bu regionda yayılmasında, Respublikamıza və millətimizə qarşı yalan informasiyalırın aradan qaldırılması, reallığın düzgün təbliği istiqamətində bir diaspora təşkilatı kimi var qüvvəmizlə çalışırıq.  
Bu gün ömrünün 71-ci ilini dostlarının arasında qeyd edən Ələkbər Quliyevi Şimali Osetiya Respublikası Azərbaycan Konqresinin fəxri prezidenti Şahin Məmmədov, Konqresin sədri Murtuza Gülməmmədov, Konqresin Gənclər təşkilatının sədri Zaur Mamedov, Şimali Osetiya Respublikası Azərbaycan Konqresinin mətbuat xidmətinin və “Xəbərfakt.Az” İA-nin Şimali Osetiya üzrə büronun rəhbəri Elçin Şükür və s. təbrik edərək, ona uzun ömür və can sağlığı arzu etdilər.
P.S Şimali Osetiya Respublikası “Azərbaycan Konqresi”nin Ağsaqqallar Şurasının sədri Ələkbər Quliyevin 71 yaşının tamam olması münasibətilə təşkil olunmuş tədbirdə yubilyarın çıxışına qulaq asdıqca gözlərim önündə canlanmış Ələkbər Quliyev portretində işıq saçan Vətən və millət sevgisinin əzəməti onun xarekterində mental dəyərlərimizi bugünə kimi qoruyub saxlamışdır.
 
 “Xəbərfakt.Az” İA-nin baş redaktoru Sakit Muradov və  “Xəbərfakt.Az” İA-nin bütün kollektiv də bu təbriklərə qoşulur.
hazırladı:  Elçin Şükür
Şimali Osetiya üzrə büro rəhbəri
 
“Xəbərfakt.Az”шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.