Mahmudovçu icra başçısı ilə bağlı qərar veriləcək... - İDDİA -

6-03-2019, 13:15            133 dəfə baxılıb
 DİA.AZ: - Milli təhlükəsizlik naziri Eldar Mahmudov deşifrə edilərək işdən qovulandan sonra onun komandasının bəzi üzvləri vurulsa da, hələ də vəzifə başında qalanlar var. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, mahmudovçular əsasən icra strukturlarında qərarlaşıblar.

Qeyd edək ki, onlardan biri hazırda Kürdəmirə rəhbərlik edən Ceyhun Cəfərovdur ki, onun adı hətta "Rabitə işi"ndə də hallanmışdı.

DİA.AZ-a danışan mənbə iddia edir ki, yaxın günlərdə Ceyhun Cəfərovla bağlı qərar veriləcək. Mənbənin söylədikləri:

"Ceyhun müəllim bu günəqədər vahimə içində işləyib. Diqqət etsəniz, görərsiniz ki, burayon hətta dövlətin də ümumi nəzərlərindən kənarda qalıb. Səbəb bəllidir və həmin səbəb yaxın vaxtlarda rəsmi gediş qərarının verilməsilə müşaiyət olunacaq".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.