TƏHSİL NAZİRLİYİNDƏN PREZİDENTƏ ŞİKAYƏT VAR -

6-03-2019, 12:00            77 dəfə baxılıb
 “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Təhsil Nazirliyinin etdiyi məmur özbaşınalığı ilə bağlı rəsmi teleqram vurdum və məktubla müraciət etdim”.

Cebhe.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Təhsil Nazirliyi onun təqdim etdiyi nizamnaməyə əsassız olaraq rəy vermir: 

“Mənim təqdim etdiyim nizamnamənin eynisini, ancaq adı fərqli olan təqdim ediləni qəbul ediblər, müsbət rəy veriblər, amma mənə yox. Bundan əlavə, mənə hər dəfə müraciətin icra müddəti ilə bağlı əsassız bəhanə gətirirlər. Son nizamnaməni 04 fevral 2019-cu ildə Təhsil Nazirliyinə təqdim etmişəm. 30 gün keçir, hələ də bir cavab yoxdur. Mənə deyirlər ki, icra müddəti 27 martda bitir. 1 sənədə 60 gün ərzində baxılır? 20- 27 mart qeyri- iş günüdür, bundan əvvəl də 8 marta görə də iş olmayacaq. “Vətəndaşların müraciətlərinə baxılması qaydası”na görə 15 iş günü ərzində cavab vermək onların borcudur. Amma Təhsil Nazirliyi qanunvericilik aktlarına hörmətsizlik edir. Məni qəbul edən təhsil nazirinin müavini, müşaviri, şöbə müdiri, sektor müdiri 5 ay ərzində heç bir problemin olmadığını deyib və bildirilib ki, bir həftə ərzində müsbət rəy veriləcək. Amma 5 ay gözlədim, imtina cavabı oldu və süründürməçiliyə yol verildi. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevə ünvanladığım teleqram, məktub və müraciətlər nəticəsində bu problem aradan qaldırılacaq”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.