Sumqayıt sakinləri narazıdır- ŞİKAYƏT+FOTOLAR -

6-03-2019, 11:45            155 dəfə baxılıb
 Sumqayıt şəhər 13 mikr. bina 5 və 6 sakinlərindən şikayət daxil olub. 

Məmur özbaşınalığı və laqeyd münasibətdən narazı olan sakinlər Xeberlent.az-a ərazidə aparılan ağacbudama işləri və onun yarıtmaz nəticəsini qeyd ediblər. Belə ki, binanın həyətindəki bir neçə ağacı budayan əlaqədar qurumun işinin ardınca görülməli olan təmizləmə işi aparılmayıb və 3 həftəyə yaxındır ki, iri gövdəli ağacların yerə tökülən qol-budaqları yığışdırılmayıb. Nəticədə bina sakinlərinin gediş-gəlişinə maneə yaranıb, həyətdə çör-çöp yığını qalaqlanıb. Azyaşlı uşaqlar həyətdə gəzə bilmir ki, budaqları gözlərinə batar. Məsələ ilə bağlı aidiyyəti MİS tərəfindən sakinlərin müraciəti ilə bağlı heç bir tədbir görülməyib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, susqunluğa üstünlük verdilər. .

Ərazidən çəkilən fotoları diqqətinizə çatdırırıq:

 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.