Bərdədə 80 yaşlı ana və xəstə qızını tövlədə: “Qızım zorlanıb, ölüm bundan yaxşıdır...” - Video -

6-03-2019, 11:15            189 dəfə baxılıb
 Bərdənin Çələbilər kənd sakini Nabat Salmanova qızı İsək Mustafayeva ilə acınacaqlı şəraitdə yaşayır

Cahan.info xəbər verir ki, 
bu barədə Salmanzadə TV video reportaj təqdim edib. 

Kadrlara ürəyi zəif olanların baxması tövsiyə olunmur. Çünki 80 yaşlı ana ruhi xəstə olan qızı ilə birlikdə tavanı, döşəməsi dağılmış, nəmişlik, soyuq bir tövləyə bənzər zirzəmidə yaşamağa məhkum olunub. 

Bərdədə inanclı insanların köməyi ilə onların yaşadığı yerə işıq çəkilib. Ayda 50 manat pensiya alan N.Salmanova qızı ilə bu dəhşətli şəraitdə gününü keçir. 

Yaşlı ananın faciəsi təkcə bununla bitmir. Onun qızı Gəncədə oxuyan zaman bir nəfər tərəfindən zorlanıb, sonra ruhi xəstə olub. Bayramov adlı şəxslə bağlı məhkəməyə müraciət edilib, amma kimsəsiz ailənin işinə məhkəmədə baxılmayıb.

“Onun Allah bəlasını versin. Mənim qızımın həyatını məhv elədi. Uşaq ondan sonra bu vəziyyətə düşdü. Nə imkanım var onu müalicə etdirməyə, nə həkimə aparmağa. 

Mən burda soyuqdan ölürəm. Özünüz görürsünüz nə vəziyyətdə yaşayıram. Burda insan yaşamaz”. 

Doğurdan da tükürpədici mənzərədir. Bərdə rayonunda 80 yaşlı ana və ruhi xəstə qızına nə Çələbilər bələdiyyəsi, nə icra hakimiyyəti sahib çıxır. İcra başçısı Vidadi İsayev ənənəsinə sadiq qalaraq, kimsəsiz, çarəsiz insanlara yardım eləmir. 

Görəsən, oğlu “Galenvagen”də gəzən icra başçısının heç ürəyi sızlamırmı? Bu foto və video kadrlara baxanda içindən onlara baş çəkmək keçmirmi? Axı onlar düşmən deyil, cinayətkar deyil, bu vətənin övladlarıdır.

Prezident ən ağır vəziyyətdə olanlara yardım edir, əyalətlərdəki nümayəndələri də bu siyasəti davam etdirməlidirlər. Amma Elmar Vəliyev kimi Vidadi İsayev də xalqdan gen gəzir, əhalini saymır, köçkünləri, şəhid ailələrini saymır. 

N.Salmanovanın və İ.Mustafayevanın həyatını dəyişmək elə də çətin deyil. Bunun üçün onlara normal mənzil şəraiti yaratmaq, əllilik pensiyası ayırmaq, İH tərəfindən maddi köməklik göstərmək lazımdır. 80 yaşlı ana prezidentə və Mehriban Əliyevaya müraciət edərək köməklik istəyib: 

“Mənim qızım yataqdan qalxa bilmir. Biz həyatın dibindəyik. Günümüzə baxın. Ölmək bundan yaxşıdır. Canım boğazıma yığılıb. Mənim heç nəyə ümidim qalmayıb. 

Bəlkə bir gün gəlib görəcəklər ki, iki nəfər burda can verib, aparıb basdıracaqlar. Ona görə kimin nəyə gücü çatırsa, köməklik eləsin, bizi bu zillətdən, zülmdən qurtarsın. 

Xahiş edirəm, dövlətimə, onun başçısına, bizə əl tutun, ölməyə qoymayın. Bu cür ölkəmiz var, amma gör nə gündə yaşayırıq”. 
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.