Vidadi İsayevdən bayrağa və şəhid ailələrinə təhqiramiz mövqe - Video -

5-03-2019, 12:30            132 dəfə baxılıb
 Bərdənin mərkəzində üçrəngi bayrağımız cırılıb. Xeyli vaxtdır ki, belə qalıb. Amma icra başçısı Vidadi İsayev tədbir görmür

Bu barədə Cahan.info-ya xəbər verilib. 


Dövlət bayrağına hörmətsizlik nümayiş etdirən İH başçısı bayrağın yenisi ilə əvəzlənməsi üçün tapşırıq vermək fikrində görünmür. Sakinlər təəccüblənmirlər.

Çünki V.İsayevin bayrağa, şəhidə hörmətsizliyi ilk dəfə deyil. Rayonda dövlət himni yazılan lövhənin sözləri qopub, xətlər kəsilib, lampalar çıxarılıb.

Bərdənin icra başçısı hər gün burda işə gedir. Amma görmə qabiliyyətini “itirmiş” V.İsayevin ağlına gəlmir ki, problemi həll eləsin. 

Bu günə kimi Heydər parkını, Zərifə parkını baxımsız qoyan, 20 Yanvar parkını 300 min manata satan Bərdənin icra başçısı indi də nə cırılmış bayrağı düzəltdirir, nə də himn yazılan abidəni...

Jurnalist Xəyyam Salmanzadə bir neçə də bayraq məsələsini qaldırıb. Amma RİH tərəfindən tədbir görülməyib. V.İsayev bu hörmətsizliyinin davamı olaraq şəhid ailələri ilə görüşmür. 

Prezident şəhid analarının əlindən öpür, müavinət problemini həll edir, V.İsayev isə rayondakı şəhid ailələrini saymır, təhqir edir, qapıdan qovur. 

Buna fakt olara Soltan ananı göstərmək olar. Onun dəfələrlə qəbuluna gedən şəhid anasını qəbul etməyib, qapıdan qovub. Şəhid Dilqəmin qardaşının isə evini başına uçurub. Həmçinin, şəhid xanımı Yasəmən İsmayılovanı qapıdan qovmuşdu.

Belə bir şəxsin Bərdə kimi rayona rəhbərlik eləməsi qəbulolunmaz haldır. Artıq getdikcə rayonda narazılıq çoxalır. Bu da prezidentin son islahatlarına ziddir. 

V.İsayevin bu təxribat xarakterli fəaliyyəti əslində dövlətə və prezidentə qarşı yönəlməkdədir. Bərdə İH başçısı dəyişikliklərin fərqinə varmır. 

Əgər vecinə olsaydı, Azərbaycan bayrağını təhqiramiz şəkildə saxlamazdı, himnin yazıldığı lövhəni düzəltdirərdi. 

Cahan.info xəbər verir ki, V.İsayevin gözlərini müayinə etdirməsi təklif olunur. Onun bayrağın cırılmış vəziyyətdə qalmasını görməməsi laqeydliyini göstərir. 

Heç kəsi saymayan başçı vaxtilə arxa-dayağı olan Elmar Vəliyev yolu getməkdədir. V.İsayev sanki bu hökumətə, bu ölkəyə düşmən kəsilib.

Prezidentin səlahiyyətli nümayəndəsi olan icra başçısı dövləti Bərdədə təmsil edir. Amma İsayev rayonda şəhid ailələrinə etdiyi pisliklərlə anlamır ki, söz dövlətə gəlir, narazılıq hökumətə olur.

Bu da yetmədi, Vidadi İsayev Şəhidlər Xiyabanını satışa çıxardı, 20 Yanvar günü isə parka gedərək əlində iki qərənfillə guya bu tarixi yad etdi. 

Axı prezident də, bütün rəsmilər və xalq da Şəhidlər Xiyabanına gedərək onlara ehtiram olaraq baş əyir, əklil qoyur. Park isə istirahət yeridir, parkda 20 Yanvar günü keçirilmir. 

V.İsayevin şəhidlərə olan hörmətsizliyinin bir nümunəsi də 20 Yanvar günü bir əklil belə təşkil etdirməməsi idi. İki qərənfillə parka gedib, işini bitmiş hesab elədi. 

Prezidentdən fərqli olaraq, V.İsayev Soltan ananın əllərindən tutmadı, onun dərdinə şərik olmadı. Dövlət başçısından fərqli olaraq, Bərdənin icra başçısı 20 Yanvar günü şəhidlərə ehtiram göstərmədi. 

Prezidentin sərəncamlarına rəğmən, Vidadi İsayev özünü yaxşı tərəfdən göstərmək, nəticə çıxarmaq, bərdəlilərin, köçkünlərin, şəhid ailələrinin, sahibkarların sevgisini qazanmaq, xidməti ilə rəğbət qazanıb vəzifədə daha çox qalmaq, əhalinin prezidentə təkidi ilə onun bu postda saxlanmasını istəməsinə nail olmaq yerinə, narazılıq yaradır ki, vəzifəsindən erkən vidalaşsın. Niyə həm camaata, həm özünə pislik edir, anlaşılmır.

O, nə vətəndaşları qəbul edir, nə şikayətləri dinləyir, nə də məcburi köçkünlərə, şəhid ailələrini sayır. İnsanlara yuxarıdan aşağı baxır. Bir müddət əvvəl şəhid xanımı Yasəmən İsmayılovanın mətbuatda müraciəti yayılmışdı. 

Şəhid xanımı Vidadi İsayevin qəbuluna düşmək istəyirmiş, əvəzində başçı onu qapıdan qovdurmuşdu, polisə şikayət etmişdi. Başqa bir şəhid ailəsi - Bəxtiyar Qurbanov dəfələrlə müraciət edib, amma qəbuluna düşə bilməyib.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.