“BNA əməkdaşları pul yığmaq üçün şəhərdə “at oynadır”” — ETİRAZ -

5-03-2019, 12:00            92 dəfə baxılıb
 Sabiq millət vəkili, nasir Xeyrəddin Qoca Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini tənqid edib. 
 
X.Qoca Moderator.az-a açıqlamasında bu dəfə BNA-liyi işçilərinin onun qızına qarşı kobudluq etdiyini bildirib:

“Bakı Nəqliyyat Agentliyinin əməkdaşları pul yığmaq üçün şəhərdə “at oynadırlar”. Gündə 400-500 sürücüyə protokol yazıb, insanları incidirlər. Şikayət edənlərin hərəsinə də bir söz deyib, özlərini haqlı çıxarmağa çalışırlar. Birinə deyirlər "10 dəqiqə saxlaya bilərsən, 11-ci dəqiqə cərimə yazırıq", o birinə deyirlər "2 dəqiqə saxlaya bilərsən, 3-cü dəqiqəyə keçdi, protokol yazırıq". Məni bir məsələ maraqlandırır, onlar maşın dayanan yerlərdə oturub dəqiqələri sayırlar? Valideyinlər məktəblərin qarşısına gəlib dərsdən çıxan uşaqlarını götürürlər, başlarının üstünü kəsdirib protokol yazırlar. Bu camaat uşaqları məktəbdən götürməsin? Niyə məktəblərin qarşısında maşınların saxlanması üçün şərait yaradılmır?
 
Feralın 28-də qızımın maşınına da 20 saylı məktəbin qarşısında 5 dəqiqəyə görə cərimə yazıblar, hansı ki, 6 ildir həmin məktəbin qarşısından nəvəmi götürür.(?!) Qızım agentliyə zəng vurub Ərəstun Məcidov adında əməkdaşa şikayətini bildirmiş, o, qızımla kobud danışmışdır. Qızım heç də Ərəstundan kiçik vəzifədə deyil! Fərq ondadır ki, qızım maaşla dolanır, Ərəstun pul qazanır! Bu gün mən səhərdən saat 16-ya kimi agentliyə 404 41 20 nömrəli telefona zəng vurdum ki, Agentliyin İdarə heyətinin sədri Vüsal Kərimli ilə danışım, heç bir operator-filan telefona cavab vermədi. Mən də “facebook” səhifəmdə status yazdıb, telefon nömrəmi də qeyd etdim ki, qoy Vüsal Kərimli mənə zəng etsin. O, özünü böyük adam hesab etdiyi üçün(!) zəng vurmadı! Statusumu oxuyan tele-radio əməkdaşı Bahadur Əliyev mənə zəng vurub 90 DC 025 nömrəli maşınını “Space” televiziyasının qarşısında hamının maşın saxladığı ara küçədə saxladığı üçün agentliyin əməkdaşları tərəfindən cərimələndiyini və Ərəstun Məcidov BNA-liyi əməkdaşlarının onunla da kobud danışdığını bildirdi. Sonra eşitdim ki, yazıçı Rəşad Məcid də Nəqliyyat Agentliyinin özbaşınalığı haqqında yazıb. Dövlət Avtomobil Müfəttişliyi ola-ola Bakı Nəqliyyat Agentliyi nəyə lazımdır, bu heç kimə aydın deyil! Camaatı niyə əsəbiləşdirirlər? Cavab verin, Vüsal Kərimov!”шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.