YAHYA MUSAYEVİN KEÇMİŞİ KARYERASINA KÖLGƏ SALIR – ŞAHİN MUSTAFAYEV İZİ -

4-03-2019, 18:00            106 dəfə baxılıb
 Məlum olduğu kimi, bir müddət öncə Prezidentin fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv edilib. Yanvarın 14-də imzalanan fərmanla “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasına qərar verilib.Fərmana əsasən, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırıb Prezidentə məlumat vermək, Cəmiyyətin nizamnaməsinin layihəsini, strukturu, o cümlədən nizamnamə kapitalının miqdarı, eləcə də Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin “Azərsilah” ASC-nin tabeliyinə verilməsi və s. məsələlərlə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Nazirlər Kabinetinə, həmçinin Müdafiə Sənayesi Nazirliyinin balansında olan dövlət əmlakının Cəmiyyətin balansına verilməsinin bir ay müddətində təmin edilməsi barədə də tapşırıq verilib.

Unikal.org xəbər verir ki, artıq fərmandan iki ay müddət keçir və yeni yaradılan ASC-yə kimin rəhbərlik etməsi məsələsi gündəmə gəlib. Bu post uğrunda mübarizəyə qoşulanlardan biri də Müdafiə sənayesi nazirinin müavini Yahya Musayevdir. 

Yahya Musayev bu posta ən iddialı namizədlərdən sayılsa da, onun keçmişi istəyinə nail olmağa imkan vermir. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, Yahya Musayevlə bağlı problem hələ illər öncə olub. Belə ki, o, “Azneft” İstehsalat Birliyində maliyyə idarəsinin rəisi vəzifəsində çalışdığı dönəmdə ciddi maxinasiyalara yol vermişdi. 
Həmin dönəmdə AR Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, hazırkı iqtisadiyyat naziri Şahin Mustafayev apardığı yoxlama zamanı Yahya Musayevin qanunsuz əməllərinin üstünü açmışdı. Bu barədə məlumat yuxarılara çatdırılandan sonra həmin dövrdə İB-nin rəhbəri olan mərhum Yavər Camalov Y.Musayevi qoruya bilmədi və o, vəzifəsindən kənarlaşdırıldı. Yavər Camalov Müdafiə sənayesi naziri təyin olunduqdan sonra Yahya Musayev üçün yeni imkanlar açıldı. Qısa müddət sonra Y.Musayev Müdafiə sənayesi nazirinin müavini vəzifəsinə gətirildi. Ancaq bu postda da ciddi qanun pozuntularına yol verdiyinə görə etimadı itirdi. Amma görünən odur ki, sabiq nazir müavini keçmişindəki qara səhifələrə baxmayaraq karyera pilləkənlərini iki-iki qalxmağa cəhd edir. Məsələ ondadır ki, son dövrlər həyata keçirilən islahatlar bu cəhdlərin müsbət nəticə verəcəyini şübhə altına alır.
Onu da qeyd edək ki, Yahya Musayevin Baş nazirin birinci müavini Yaqub Eyyubovla yaxın əlaqələri var. Onun karyera pillələrində yüksəlməsində Y.Eyyubovun da rolu az olmayıb. 

Unikal.orgшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.