DEPUTATDAN ABUTALIBOVA İTTİHAM – “Obyektlərimizin hamısını sökdürdü…” -

4-03-2019, 17:45            35 dəfə baxılıb
 “Satış yerlərimizi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov sökdürdüyünə görə özümüz satış yarmarkası təşkil edə bilmirik”. 
“Report”un verdiyi xəbərə görə, bu şok açıqlama ilə “Azərittifaq”ın sədri, deputat Eldar Quliyev çıxış edib.
O, rəhbərlik etdiyi ittifaqın fəaliyyəti ilə bağlı sualları cavablandırarkən, baş nazirin müavini barədə bu ittihamı səsləndirib.
Deputat deyib ki, “Azərittifaq” sovet dövründə, demək olar, özəl sektor kimi respublikanın bütün rayonlarında əhaliyə ticarət və iaşə xidmətini göstərirdi: “Kolxoz bazarları “Azərittifaq”ın nəzdində idi, tədarük sahələrimiz vardı, şəhərlərdə kənd təsərrüfatı məhsullarının satışını təşkil edirdik. Lakin hazırda fəaliyyət istiqaməti bir qədər fərqlidir. Bütün rayonlarda təşkilatımız var və onlar, əsasən, icarə qaydasında işləyir, koordinasiyanı isə biz edirik.
Bizim onlara məhsul verməyimiz səmərəli deyil. Çünki həm biz, həm də yerli təşkilat xərcləri məhsula əlavə edərsə, satış qiymətləri baha olacaq. Hazırda bazarda rəqabət var, əsas prinsip keyfiyyətli və ucuz məhsul əldə etməkdir. Təhsil sahəsində isə Azərbaycan Kooperasiya Universiteti və kollektivi fəaliyyət göstərir”.
E.Quliyev bildirib ki, təklif olunarsa, indi də satış yarmarkalarının təşkilində iştirak edə bilərlər.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.