Ağgöl Milli Parkındakı naməlum malikanə kimindir? — Helikopter meydançası, kater portu... (PEYK GÖRÜNTÜLƏRİ) -

4-03-2019, 17:00            154 dəfə baxılıb
 Ağgöl Milli Parkında ictimaiyyətə məlum olmayan "naməlum obyektlər" ortaya çıxıb. 

Demokrat.az xəbər verir ki, burada söhbət heç də uçaq naməlum obyektdən yox, təyinatı bizə bəlli olmayan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən təbliğ edilməyən, mövcudluğu və təyinatı haqqında məlumat verilməyən ilk baxışdan malikənəyə oxşayan tikililərdən gedir.

Son günlər Ağgöl Milli Parkının niyə digər milli parklarla müqayisədə heç tanınmaması gedilməməsi diqqətimizi çəkdi. Heç biz də orada heç vaxt olmamışıq.

Komandamızın üzvləri milli parka getmək üçün əraziyə elekton xəritədə baxarkən peyk görüntülərindən maraqlı tikili kompleksi təyin ediblər.

Malikənəyə oxşar bu tikintinin həyətində tenis kortu, helikopter meydançası və digər yardımçı binalar görünür.
 Yerli camaatın dediyinə görə, bu villa yüksək vəzifəli məmura aiddir.
 
Sübutumuz olmadığına görə ad çəkmirik, amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bununla bağlı açıqlaması olsa, yaxşı olardı.

Oxşar, nisbətən kiçik tikili tanınmamış Abşeron Milli Parkında da müşahidə olunub. Burada helikopter meydançasında fərqli olaraq kater portu yer alır.

Şahdağ Milli Parkında - sərhədləri ictimaiyyətə açıq olmadığı üçün demək çox çətindir - və ya siravi vətəndaşların getmək üçün ETSN-dən və Sərhəd Qoşunlarından icazə almalı olduğu Şahyaylağında Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə aid olduğu deyilən tikilini də bu siyahıya əlavə etmək olar.
 Yusif Qədimbəylinin tez-tez bu seyrangaha dağ keçisi ovu üçün gəldiyi Xınalıq və qonşu kəndlərin sakinləri tərəfindən maraqla danışılır.

Göygöl Milli Parkında oxşar və daha iri ölçülü tikililər hazırda turizm məqsədi ilə istifadə edilir.

Ümid edək ki, bir gün bu tikililər də turizm məqsədi ilə istifadə ediləcək.

Bu siyahıya Şirvan Milli Parkında "Eko şəhərcik" kimi qeyd edilən istifadəsiz qalmış tikilələri də əlavə etmək olar.
 Buna da ümid edək ki, yaxın zamanda turistlərin və ya ekoloji layihələr araşdırmalar üçün araşdırmaçı qrupların istifadəsinə hazır olacaq.

Sözügedən obyektlərin peyk görüntülərini oxuculara təqdim edirik. Mövzunu diqqətdə saxlayacağıq.

Adı çəkilən tikililər haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyi çox maraqlı olardı. Nazirliyin bu məsələ barədə açıqlaması oxucular tərəfindən də maraqla qarşılanar.

 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.