Məktəbdəki yanğınla bağlı direktordan AÇIQLAMA: "Yanğın başlayanda şagirdlər...” -

13-11-2018, 15:31            46 dəfə baxılıb
 Bakı şəhəri Binəqədi rayonu ərazisində yanğın hadisəsi baş verib. Yanğın baş verən binanın birinci mərtəbəsində yerləşən 45 saylı Füzuli köçkün məktəbindən 100 şagirdin təxliyyə olunduğuna dair məlumat yayılıb.
Aim.az Yenicag.az-a istinadən xəbər verir ki, açıqlama verən məktəbin direktoru yanğın zamanı şagirdlərin xəsarət almadığını bildirib:
“Hadisə bu gün səhər saat 8:15 radələrində baş verib. Həmin vaxt FHN-nin əməkdaşları şagirdləri içəri buraxmayıblar. Yanğın binanın üçüncü mərtəbəsində baş verib, bir neçə otaq yanaraq kül olub. Yanğın başlayanda şagirdlər binada olmayıb. Məktəbimiz həmin vaxt boş olub. Bu gün məktəbdə bir nəfər də olsun şagird yoxdur. Hamısını evə göndərdik. Füzuli Rayon İcra hakimiyyəti və Təhsil İdarəsinin nümayəndələri buradadırlar. Məsləhətləşmələr aparılır. Əgər məsləhət olsa, sabah tədris bərpa olunacaq. Əslinə qalsa, məktəbimizə yanğın zamanı heç bir ziyan dəyməyib. Sadəcə olaraq elektrik xətləri kəsildiyi üçün şagirdlərin evdə qalmasını məqbul saydıq”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.