Bayram Səfərov yola salınır, yerinə isə... - İDDİA -

12-02-2019, 16:15            47 dəfə baxılıb
 Son olaraq ABŞ istehsalı olan "Lincoln MKS” model avtomobildə gəzməsi ilə diqqətə gələn Şuşanın icra başçısı Bayram Səfərovun görəvindən alınacağı ilə bağlı xəbərlər hələ əvvəlindən yayılmışdı.

İddia olunurdu ki, Bayram Səfərov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədrliyi ilə yanaşı Şuşa RİH başçısı mövqeyini də itirəcək. Amma görünəni o oldu ki, "yuxarılar" qeyd olunan məsələdə tələsmədilər.

Gundemxeber.Az bildirir ki, bununla bağlı daxil olan son informasiyalardan aydın olur ki, bu həftə ərzində Bayram Səfərovla bağlı qərar rəsmən elan oluna bilər.

Mənbənin dia.az-a söylədikləri: "Onun yerinə isə kimin təyin olunacağı hələlik dəqiq bilinmir. Bir neçə namizəd olsa da, yekun qərar verilməyib. Ola bilsin ki, elə başçının müavinlərindən biri rəhbərliyə gətirilsin. Hələlik müzakirə gedir".шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.