Tikinti şirkəti Nəsimidə "ağac soyqırımına" hazırlaşır — FOTOLAR -

11-02-2019, 17:45            48 dəfə baxılıb
 Bakının Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi 68A ünvanında "Memar İnşaat 2017 MTK" tikinti şirkəti tərəfindən "İsmayıllı Residense" adlanan 4 binanın həyətində çoxmənzilli yaşayış binası tikilir.

Ərazidə yaşayan sakinlər Demokrat.az-a göndərdikləri müraciətlərində qeyd edirlər ki, tikinti şirkəti rəhbərliyinin göstərişi ilə sözügedən yerdə mövcud olan ağaclar kəsiləcək.

"Ərazi sıxlıqdır. Burada əlavə binalar tikmək digər bina sakinlərinin havasızlığına səbəb olacaq. Üstəlik də bina tikən şəxslər ərazidə ağacları kəsməyə hazırlaşırlar. Tikintiyə razılığın verilməsi belə, qanunsuzluqdur", - deyən sakinlər mövcud qanunsuzluqlara öz etirazlarını bildirməkdə davam etdirəcəklərini bildirir.


 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.