SAHİL BABAYEVİN ƏLLİLİK VERMƏDİYİ İFLİC PUTİNƏ ÜZ TUTDU - VİDEO -

11-02-2019, 14:45            48 dəfə baxılıb
 Bərdədə beyin iflicinə əlillik verilmir: “Sahil Babayevdən xahiş edirəm...” - Video
Bərdə sakini Vüqar Həsənov beyin iflici keçirib, yataq xəstəsidir, işləmək qabiliyyətini itirib. V.Həsənov ağır şəkərli diabetdən də əziyyət çəkir, iki azyaşlı övladı olan vətəndaşın gəlir yeri yoxdur.
Amma ona əlillik dərəcəsi təyin olunmur ki, pensiya ayrılsın. Bərdə Rayon Mərkəzi Xəstəxanasına sənədləri təqdim edən V.Həsənova cavab verilməsi yubanır.
O, prezidentə, I vitse-prezidentə və əmək və əhalinin sosial müdafiəsi nazirinə video müraciətində köməklik göstərilməsini xahiş edib: “Səhiyyə Nazirliyində “soyqırımı” gedir. Kimin pulu yoxdursa pensiya üzünə həsrətdir.
Mən beyin iflici keçirmişəm, deyirlər ki, sağalmısan. Əgər sağalmışamsa, niyə sənədimdə iş qabiliyyətini itirib yazılıb. Mən dövlət rəhbərliyindən xahiş edirəm ki, kömək edin, pensiya ilə birtəhər kommunal xərclərimi ödəyim”.
V.Həsənov iki övladını imkansızlıqdan məktəbə göndərə bilmir, yoldaşı evdar qadındır, işləmir və 4 nəfərlik ailə ağır şəraitdə yaşayır. V.Həsənov əlillik dərəcəsi təyin olunmasını gözləyir.

AnaXeber.info
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.