Mikayıl Cabbarova rütbə verildi -

10-02-2019, 12:30            96 dəfə baxılıb
 Prezident İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova xüsusi rütbənin verilməsi ilə bağlı sərəncam imzalayıb

Sərəncama əsasən, vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Digər sərəncamla Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər İslam oğlu Nağıyevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov isə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.