Bələdiyyə başqanının “müdhiş oyun qaydaları” tükənir -

8-02-2019, 19:45            76 dəfə baxılıb
 Səbail rayonunun Badamdar bələdiyyəsində “bezpredel idarəçilik” hökm sürdüyündən, bu gün də redaksiyamıza yaşanan xoşagəlməz ab-havanın varlığı ilə bağlı məlumatlar daxil olmaqdadır. 

Yəni, daxil olan məlumatlara görə, adı çəkilən qurumda vergi şöbəsinə rəhbərlik edən Ramiq Mustafa qol qoyduğu çoxsaylı qanunsuzluqlardan xilas olmaq üçün, bələdiyyənin sədri Həbib Əsədovun sərəncamı əsasında 01 fevral 2019-cu il tarixdən daşıdığı vəzifəsindən azad olunur. 

“Gundemxeber.az”-ın redaksiyasına daxil olan başqa bir məlumata görə isə, ilk əvvəl Həbib Əsədov Ramiq Mustafanı məzuniyyətə göndərmək fikirində olur. Elə ki, vəziyyət başqa bir yöndə cərəyan edir, o halda sədr belə bir addımını atmaq məcburiyyətində qalır. Adı çəkilən şəxs daşıdığı vəzifəsindən getsə də, o, bu gün Patamdar bələdiyyəsinin yaxınlığındakı pendir sexində özü üçün kabnet hazırlayıb və bələdiyyənin mühasibat, vergi xidməti və digər işlərini idarə edir. Bu da müvafiq qanunvericiliyin tələblərinə görə zidd addımlardır.
 Çatdırılan məlumatlara görə, Həbib Əsədov Patamdard qəsəbəsi ərazisində illər öncədən başlayaraq qol qoyduğu çoxsaylı qanunsuzluq əməllərini ört-basdır etmək üçün, bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Eldar Əzizova minnətçi düşüb. Yəqin ki, məqsədi Səbail RİH-nin yeni başçısı Vüqar Zeynalovun haqqı-ədaləti üzə çıxaracaq addımlarından özünü qorumaqdır. Əldə etdiyimiz digər məlumatlara görə o, bir neçə dəfə Eldar Əzizovun qəbuluna düşmək istəsə də, ŞİH-nin başçısı onu qəbul etməyib.

O da hər kəsə məlumdur ki, Həbib Əsədovun xeyr-duası nəticəsində Patamdar qəsəbəsinin 3-cü massivində, yəni “Karyer” adlanan ərazisində ayrı-ayrı şəxslər torpaq sahələrini qeyri-qanuni yollarla zəbt ediblər. Onu da bildirək ki, qeyd olunan torpaq sahələrində Ramiq Mustafaya məxsus xeyli torpaq sahələrinin olduğu söylənilir. Onu da bildirək ki, bir müddət bundan öncə Vüqar Zeynalovun verdiyi tapşırıqlar əsasında ərazidəki qanunsuz və sənədsiz torpaq sahələrinin hasarları sökülür. İcra başçısı qanuna müvafiq addımlarını atır, Ramiq Mustafa isə icra hakimiyyətinin nümayəndələrinə bildirir ki, “Mənim torpaq sahəsinə aid sənədim var”. İcra hakimiyyətinin nümayəndələri Ramiq Mustafadan sənədləri tələb etsələr də, o, bu gün də sənədləri təqdim etməyib. Hətta, o, qabaqdangəlmişlik edərək icra hakimiyyətini məhkəməyə verməklə hədələyib və bu yöndə arzularını bəzi dairələrə də çatdırır.

Əldə etdiyimiz bəzi məlumatlara görə, yaxın günlərdə Səbail rayon İcra Hakimiyyəti başçısının geniş hesabat iclası keçiriləcək. Yəqin ki, hesabat iclasında Patamdar bələdiyyəsinin sədri Həbib Əsədovdan hansısa hesabatlar sorulacaq. Hesab edirik ki, həmin gün hər kəs olduqca maraqlı anların şahidi olacaq.

Hörmətli oxucuklar! Mövzu olduqca aktuallıq kəsb etdiyindən, yaşananları bundan sonra da diqqədə saxlamağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

GundemXeber.Azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.