29 yaşlı ofisiant qız ABŞ Konqresinə seçildi -

12-11-2018, 10:29            54 dəfə baxılıb
 Nyu-York ştatından Nümayəndələr Palatasına (Konqres) seçilən ofisiant Alexandria Ocasio-Cortez ilk maaşını almayana qədər Vaşinqtona köçə bilməyəcəyini açıqlayıb. 

Aim.az Azvision.az-a istinadən xəbər verir ki, ABŞ tarixinin ən gənc Konqres üzvü olan 29 yaşlı Ocasio pulsuzluqdan şikayətlənib.
Konqres üzvü olmadan üç ay maaşsız yaşaya bilmərəm. Maaş olmadan necə kirayə tuta bilərəm? Ona görə maaş almayana qədər paytaxta köçə bilməyəcəyəm. Bunlara baxmayaraq, yanvarın 2-də Konqresdə olacağam”.

“Wall Street Journal”ın araşdırmasına görə, Ocasionun Vaşinqtona köçməsi üçün ona ən azı 4600 dollar lazımdır. Bundan başqa, onun ilk kirayə və təhlükəsizlik təminatını ödəmək üçün əlavə 3300 dollara ehtiyac var.

Qeyd edək ki, Puerto-Riko əsilli Ocasio Nyu-Yorkun 14-cü, Bronx ve Queensdən özü kimi işçi miqrantların çoxluq təşkil etdiyi bölgədən Konqresə üzv seçilib. 
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.