Amaliya Pənahova sabah dəfn olunacaq -

8-11-2018, 11:30            40 dəfə baxılıb
 Sabah Azərbaycanın Xalq artisti, teatr və kino aktrisası Amaliya Pənahova ilə vida mərasimi olacaq.
Aim.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Əməkdar artist Hüsniyyə Mürvətova məlumat verib.

Onun sözlərinə görə, rəsmi vida mərasimi saat 12:00-da Akademik Milli Dram Teatrında keçiriləcək: "Teatrın kollektivi aktrisa ilə bu gün Təzə Pir məscidində vidalaşsa da, rəsmi tədbir sabah baş tutacaq".

Aktrisa vurğulayıb ki, A.Pənahovanın harada dəfn olunacağı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, Xalq artisti A.Pənahova bu gün 73 yaşında dünyasını dəyişib.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.