Yağışlı hava Bakıda qəzalara səbəb oldu -

8-11-2018, 11:00            30 dəfə baxılıb
 Yağışlı hava şəraiti ilə əlaqədar gecə saatlarında paytaxt ərazisində üç yol-nəqliyyat hadisəsi baş verib.
Aim.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər DYP-nin sözçüsü, polkovnik Vaqif Əsədov məlumat verib.
O bildirib ki, sürücülər kəskin hava şəraitini nəzərə alaraq, sürəti artırdıqları üçün qəzalar qeydə alınıb:
“Paytaxtın müxtəlif istiqamətlərində maddi zərərlə nəticələnən üç yol nəqliyyat hadisəsi baş verib: iki nəqliyyat vasitəsinin toqquşması və bir də avtomobilin yüksək sürət səbəbindən yol kənarındakı manelərə çırpılması. Qəza nəticəsində ölüm faktı qeydə alınmayıb”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.