Azərbaycanlı iş adamından 45 min dollar rüşvət aldığını etiraf edən nəzarətçi həbs edilib -

12-01-2019, 12:22            98 dəfə baxılıb
  ABŞ-da həbsxanada qaldığı vaxtlarda cənubi azərbaycanlı iş adamı Rza Zərraba gizli yolla spirtli içki, telefon, bəzi dərman və vitaminləri ötürən nəzarətçi Viktor Kasado həbs edilib. SalamNews "Sözcü"yə istinadən verdiyi xəbərə görə, o, 3 illik həbs cəzasıma məhkum edilib.

Kasado, Zarrabdan Nyu Yorkdakı vəkili vasitəsi ilə 45 min dollar rüşvət aldığını etiraf edib. Məhkəmənin qərarı ilə Kasado aldığı pulu geri ödəməlidir.

Qeyd edək ki, İrana tətbiq edilən sanksiyaları pozmaqda ittiham olunan Rza Zərrab ötən ilin mayında azadlığa buraxılıb.
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.