NOVRUZ MƏMMƏDOV MİKAYIL CABBAROVA 7 GÜN VAXT VERDİ - BAŞ NAZİRDƏN SƏRƏNCAM -

11-01-2019, 17:30            55 dəfə baxılıb
 Vergilər Nazirliyinin ştat vahidlərinin sayının artırılacaq.

Baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Vergilər Nazirliyinə Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Vergilər Nazirliyinin ştat vahidlərinin sayının artırılması və maddi-texniki təminatı məsələlərinin həlli barədə təkliflərini 7 gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Bu sərəncam "Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında” qanunlarda və Vergi Məcəlləsində edilmiş dəyişiklikləri, "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli sərəncamı ilə vergi orqanlarının qarşısında qoyulmuş vəzifələrin icrasının təmin edilməsinin zəruriliyi, habelə dövlət xidmətlərinin həyata keçirilməsində vergi orqanları işçilərinin iştirakı nəzərə alınaraq imzalanıb.

Aim.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.