LERİK RAYONUNUN SAKİNLƏRİ YENİDƏN PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİBLƏR -

11-01-2019, 17:00            161 dəfə baxılıb
 Lerik rayonunun Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri yenidən Prezident İlham Əliyevə müraciət ediblər.

AzToday.az-a danışan sakinlər bildirir ki, Lerikin icra başçısı Rövşən Bağırov və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov kəndlərin istifadə etdiyi “Şüpək” meşə massivindəki bulağın suyunu yenidən zorla başqa kəndlərə aparmağa cəhd edirlər. Hətta əraziyə texnika da cəlb edilib.

Sakinlər deyirlər ki, bu su aparılacaqsa, 3 kənd köçmək məcburiyyətində qalacaq. Onlar bildirirlər ki, indiyə qədər edilən şikayətlərinə də heç bir dövlət qurumu münasibət bildirmir.

Müraciətin mətnini təqdim edirik:

Hörmətli cənab Prezident, yaşadığımız iki kəndin üzləşdiyi vəziyyətlə əlaqədar Sizə dəfələrlə müraciət etmişik, lakin rayonumuzun başçısı və “Azərsu” ASC-nin rəhbəri bizə eləmək istədiyi pislikdən əl çəkmir.

Rayon başçısı Rövşən Bağırov müavini Habil Məlikovla kəndlərimizi cox ağır bir vəziyyətlə üz-üzə qoyublar. Bu işdə “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov da onlarla əlbirdir.

Hətta rayon rəhbərliyi bizə deyir ki, Qorxmaz müəllim dedisə, suyu aparacaq, çünki onun arxasında Bəylər Əyyubov dayanıb.

Maraqlıdır, bəs bizim arxamızda kim dayansın? Biz kimə güvənək? Əgər rayon rəhbərliyi bizi Prezidentin təyin etdiyi məmur və ya onun mühafizəçisi ilə təhdid edirsə, nə edək?

Biz bu iddiaya inanmaq istəmirik. Hətta “Azərsu” ASC-yə gedib Qorxmaz Hüseynovla görüşmək istədik. Bizi qəbul etmədi. Layihənin rəhbəri ilə görüşüb dedik ki, bu su getsə, biz köçməliyik.

Cənab Prezident, bir daha qeyd edək ki, kəndlərimizdə 1200 nəfərdən çox əhali yaşayır. Təkcə Şivlə kəndi Qarabağ savaşında, biri Azərbaycanın Milli Qəhrəmanı olmaqla,6 şəhid verib. Azərbaycanın Milli Qəhrəmanı Fərhad İslam oglu Ağayev 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinə cəhdin qarşısını alarkən şəhid olub.

Kəndlərimiz dövlət tədbirlərində həmişə fəal olmaqla öz Prezidentinin arxasındadırlar. Kəndlərimizi su ilə təmin edən Şüpək bulağının suyunu Şingədulan ərazisinə çəkdirmək istəməklə Rövşən Bağırov və müavini Habil Məlikov əhalini cəzalandırmaq istəyirlər.

Səbəb iki kəndin əhalisi ilə rayon başçısı arasında məlum yol probleminin olmasıdır. Başçı öz müavini ilə Şingədulan ərazisindən toplanan rüşvəti alaraq, özünün etiraf etdiyi kimi,”qara dəftər”inə saldığı kəndlərimizi çəzalandırmaq istəyir. Yenə kəndlərimizə “YENİ İL HƏDİYYƏSİ” kimi Su təsərrüfatı idarəsinin texnikasını töküb suyumuzu başqa əraziyə cəkdirir…

Cənab Prezident, Lerik rayon icra başçısı bu ədalətsiz yola getməklə Şəhid analarının göz yaşlarından, ağrisinı içində gizlədən Şəhid ailələrinin sızıltılarından, görəsən, xəcalət çəkirmi heç? Bəs Habil Məlikov necə? Qorxmaz Hüseynov hansı məntiqlə 20 hektarlıq yaşıllığı məhv edib Ərəbistan səhrasına çevirmək istəyir? 3 kəndi susuz qoyub onlara “Kərbəla müsibəti” yaşadır? Biz bu məmurlara artıq inanmırıq, çünki bu şəxslərin ürəklərini aldıqları rüşvət kor eləyib.

Suyumuz qonşu Şingədulan ərazisinə aparılsa, iki kənddə yaşayış məhv olacaq, 20 hektar meşə quruyacaq. Axı qanunla da mənbədən suyu götürmək olmaz. Bunlar hansı qanuna istinad edir?

Cənab Prezident, suyumuzun başqa əraziyə çəkdirilməsinin qarşısının alınmasında bizə kömək etməyinizi xahiş edirik.

Hörmətlə, Lerik rayonunun Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri:

Əliyev Ağaxan Fətəli AZE 02195615
Ağayev İslam Ocaqəli AZE 02195679
Ağayev Şirvan Ocaqəli AZE 03899030
Əliyev Hüseynbaba Abdin AZE 08450075
Rüstəmov Kamal Babiş AZE 02195845
Rüstəmov Cəbrayıl Babiş AZE 14678886
Həsənov Mirzəbaba Təriş AZE 02195619
Məmmədov Salman Allahverdi AZE 02195599
Fətullayev Alışan Pişan AZE 15621540
Əliyev Mahir Paşa AZE 09460732
Ağayev Mirzəli Atamalı AZE 09461773
Hüseynov Cəfər Əli AZE 15899715
Hüseynov Əvsər Əli AZE 04517907
Kərimov Babaxan Hidi AZE 06434789
Kərimov Alim Alihəsən AZE 02355068
Əliyev Surət Abdin AZE 02195689
Yoldaşov Allahyar Polad AZE 08449250
Yoldaşov Əligüşad Nurməmməd AZE 06911236
Yoldaşov Buludxan Polad AZE 03896958
Məmmədov Vasif Güləli AZE 03895924
Azadov İbrət Şəvəqət AZE 04994575
Azadov Ağababa Polad AZE 03899034
Ağayev Qədiməli Mahmudəli AZE 08448052
Ağayev Zərifə Mürsəl AZE 02195614
Əliyev Rafiq Ağaxan AZE 17307820
Əliyev Mirzəli Şami AZE 08072591
Şahmarov Emin Qaraxan AZXE 03898922
Azadov Bəfadar Söhbət AZE 09324289
Zamanov Zəfər Böyükxan AZE 08073753
Nağiyev Həmdulla Nəhmət AZE 05832257
Zamanov Elman Böyükxan AZE 13427300
İmanov Hafiz Rəzzaq AZE 04903643
Azadov Meybulla Həbulla AZE 08073125
Azadov Fərzulla Xeyrulla AZE 07526889
Məmmədov Naib Əyyub AZE 02195617
Rüstəmov Cabir Mürsəl AZE 05768829
Ağayev Arazxan Burhan AZE 16674863
Zamanov Zamanxan Böyükxan AZE 09324410
Azadov Mehman Ağababa AZE 13427853
Azadov Bəhruz İbrət AZE 07524378
İmanov İsrafil Təhməz AZE 14678677″.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

AzToday.az

Aim.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.