Sumqayıtda hamilə qadın əri tərəfindən möhkəm döyülüb -

11-01-2019, 10:45            44 dəfə baxılıb
 Sumqayıtda hamilə qadın əri tərəfindən möhkəm döyülüb
Aim.az Xeberfakt.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib. Belə ki, 13-cü mk bina 2a mənzil 1 də kirayədə yaşayan, Arzu Hüseynova əri 28 yaşlı Fuad Hüseynov tərəfindən möhkəm döyülüb. Daha sonra qadının əl və qol nahiyələrini şüşə parçası ilə kəsib. Qadın aldığı xəsarətlərdən huşunu itirib. Hadisəni törədən ər evdən qadına məxsus qızılları da götürərək qaçıb. Zərərçəkmiş dərhal DİN-nin 102 xidmətinə müraciət edib. Hadisə yerinə dərhal Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları cəlb edilib. Zərərçəkmiş Arzu Hüseynovanın ərizəsi qəbul edilib və ona ekspertiza təyin edilib. Qeyd edək ki, A.Hüseynova 5 aylıq hamilədir. Faktla bağlı araşdırma aparılır.

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.