Qarabağ bölgəsində yeni körpü inşa edildi -

10-01-2019, 14:15            57 dəfə baxılıb
 Bərdə şəhərinin şimal və cənub hissələrini birləşdirən Tərtər çayı üzərindəki körpü istifadəyə verilib.
Aim.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA ) məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi artıq qəzalı vəziyyətdə olan körpüdə tikinti işlərini yekunlaşdırıb. Aparılan işlər çərçivəsində köhnə körpü sökülüb və əvəzinə yeni körpünün özülünün və sütunlarının tikintisi aparılaraq başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb.
4 aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11.5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkilərinin də tikintisi həyata keçirilib.
Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun olaraq həyata keçirilib. Belə ki, körpünün layihəsi 8 bal seysmikliyi nəzərə alınmaqla yerinə yetirilib.Hesabi yüklər A-15, NK-100-dür. Kənar dayaqlar massiv dəmir-beton konstruksiyalarda layihələndirilib. Dayaqların diametri 1200 qazma dəmir-beton svaylar üzərində quraşdırılıb.
Layihə çərçivəsində Tərtər çayında istinad divarları və sutənzimləyici qurğular inşa edilib. Bundan başqa körpüyə 150 metr uzunluğunda yanaşma yollarının da yenidənqurulması işləri aparılıb.
Qeyd edək ki, körpünün tikintisinə 2018-ci ilin iyul ayında başlanılmışdı.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.