MAHMUDOVUN GÜDAZINA GEDƏCƏK DAHA BİR NEÇƏ BAŞÇINİN KİMLİYİ BƏLLİ OLDU... - ŞOK ADLAR -

10-01-2019, 12:30            280 dəfə baxılıb
 Azərbaycan hakimiyyəti sensasion bir əməliyyata hazırlıq görür və proses qeyri-rəsmi şəkildə həyata keçirilir. Əsas start düyməsi isə bu ayın sonlarından basılacaq. Məlumatlara görə, hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə tabe olmuş icra hakimiyyəti strukturları ciddi şəkildə araşdırılır.

Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq.

Məlumatlı qaynaq açıqlamasında iddia edir ki, hazırda qeyri-rəsmi siyahı tərtib olunur. Hakimiyyət mətbuatda da adı keçmiş icra hakimləri ilə bağlı araşdırmalar aparır.

Xüsusilə, Lənkəranın icra başçısı Taleh Qaraşov və Qazaxın icra başçısı Rəcəb Babaşovun da adı hallanıb. Məlumata əsasən MTN generallarının istintaqı zamanı daha əvvəl Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi işləyən Rəcəb Babaşovun adı bir neçə dəfə keçib.

Bildirilir ki, Rəcəb Babaşov Vergilər Nazirliyində çalışdığı zaman Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, “MTN işi” ilə bağlı işdən azad olunan Vidadi Məmmədovla birlikdə MTN generallarının “çətəsində” yer alıb.

Lakin onu həbsdən və istitintaq araşdırmasından “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun qurtardığı qeyd olunur.

Qeyd edək ki, Rəcəb Babaşovun adı mətbuatda müxtəlif maliyyə maxinasiyalarından tutmuş “MTN işi”nədək ən müxtəlif məsələlərdə hallanıb. Bundan başqa, Göyçayın keçmiş icra başçısı da bu məsələyə görə işdən azad edilib.

Sabiq MTN generallarına məxsus hektarlarla torpaq sahəsi bələdiyyə və icra başçıları tərəfindən gizli satışa çıxarılıb.

Danışan mənbə bildirir ki, eyni zamanda Kürdəmirin icra başçısı Ceyhun Cəfərov da məhz "MTN işi"nin qurbanlarından biri kimi diqqətə gələcək. Qeyd edək ki, bu barədə yetərincə informasiyalar yayılıb.

Bütün tərəflərin mövqeyini dinləməyə hazırıq. 

DİA.AZ
Aim.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.