Əflatun Amaşovdan təklif - "Mediaya 1 milyon manat ayrılsın" -

7-11-2018, 14:12            33 dəfə baxılıb
 “Dəfərlərlə Milli Məclisin iclaslarında onlayn media ilə bağlı fikirlərimi səsləndirmişəm. Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan da istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edirlər, böhtan atırlar”.
Aim.az Yenicag.az-a istinadən xəbərinə görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
O qeyd edib ki, onlayn media dövlət büdcəsindən maliyyə ayrılmalıdır: “Bu, reklam bazarı formalaşdırılana qədər olmalıdır. Təklif edirəm ki, onlayn mediaya 1 milyon manat ayrılsın. Bu da büdcə üçün elə də böyük rəqəm deyil”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.