Aİ İrana qarşı sanksiyaların müddətini uzadıb -

9-01-2019, 17:15            66 dəfə baxılıb
 Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı terror fəaliyyətində ittiham üzrə 2001-ci ildə tətbiq edilən sanksiyaları genişləndirib və müddətini bir il uzadıb.

Aim.az Trend-ə istinadən məlumatına görə, bu barədə Şuranın bəyanatında deyilir.

Sənəddə bildirilir ki, iki fiziki şəxs və bir struktur - İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Daxili təhlükəsizlik departamenti Aİ-nin antiterror siyahısına daxil edilib.

Beləliklə, Aİ-nin qara siyahısına İran üzrə 15 şəxs və 21 qurum salınıb. Bu sanksiya rejiminin Avropa İttifaqının İranın nüvə proqramının dinc xarakterli olduğuna zəmanət verən Birgə hərtərəfli Fəaliyyət Planının imzalanması nəticəsində ləğv etdiyi sanksiyalarla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Aİ ölkələri İranın güc strukturlarını mühacirətdə olan ölkə müxalifətinin nümayəndələrinə qarşı kampaniya aparmaqda ittham edir.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.