Hərbi xərclər nə qədər artırılıb? -

5-11-2018, 14:45            23 dəfə baxılıb
 2019-cu ilin büdcəsi əvvəlki illərdə olduğu kimi, sosial yönümlüdür. Büdcənin sosial yönümlü olması Konstitusiyamızdan irəli gəlir və dövlətimizin ali məqsədidir.
Aim.az Oxu.az-a istinadən xəbərinə görə, bunu parlamentdə 2019-cu il büdcəsinin müzakirəsi zamanı Milli Məclis(MM) sədrinin birinci müavini, parlamentin komitə sədri Ziyafət Əsgərov deyib.
Birinci vitse-spiker bildirib ki, 2019-cu ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə 3 milyard 37 milyon manat nəzərdə tutulub ki, bu da 2018-ci ilin büdcəsindən 4.6 faiz çoxdur:
“Torpaqları işğal altında olan bir ölkə üçün bu sahəyə daha artıq vəsaitin ayrılması başadüşüləndir”.
Komitə sədri qeyd edib ki, 2019-cu ilin büdcəsində hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xərclər 30 milyon manat səviyyəsinə çatacaq:
“Hökumət bu dəfə də hərbi döyüşlərdə iştirak edən şəxslərin sosial vəziyyətinə xüsusi diqqət ayırıb”.
Neftdən asılılığın azaldılması ilə bağlı səslənən fikirlərə münasibətini bildirən Z.Əsgərov qeyd edib ki, Dövlət Neft Fondundan transferlərdən imtina etmək düzgün deyil:
“Bu gün dünyada neftin 57 faizi yanacaq kimi istifadə olunur. Hazırda dünyada elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrinin istehsal olunduğunu nəzərə alsaq, 10-15 ildən sonra yanacağa olan tələbat 57 faiz azalacaq. O zaman neftin qiymətində azalmalar müşahidə olunacaq. Belə olan vaxtda niyə biz neftimizi dünya bazarına çıxarıb ondan əldə etdiyimiz gəlirlər hesabına iqtisadiyyatımızı genişləndirməyək? Ölkəmizdə sosial layihələr işlənib hazırlanır, yol infrastrukturuna diqqət ayrılır”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.