Türkiyədən ABŞ-a müharibə TƏHDİDİ: "Artıq səbrimiz qalmadı" -

5-11-2018, 14:00            31 dəfə baxılıb
 “Münbiç hadisələrində ABŞ daha əvvəl PKK-nın və ya YPG-nin bölgədəki varlığına icazə verilməyəcəyini demişdi. Məsələnin həlli yolu isə bir sonrakı aya, ilə təxirə salınmışdı. Lakin Türkiyənin artıq bu problemləri təxirə salmağa səbri və dözümü qalmayıb”.
Yenixeber.org: Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oqtay mətbuata açıqlamasında deyib.

Aim.az Yenixeber.org-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi qeyd edib ki, Türkiyənin bu mövzudakı yanaşması hər zaman konkret olub: “İlk mərhələdə cənub sərhədimizdəki bu yeniliklərdən, sərhəd xəttində açılan koridordan nə qədər narahat olduğumuz və PKK-nın, istər YPG deyin, istər PYD deyin - həmin təşkilatın varlığına icazə verməyəcəyimizi başından bəri ifadə etdik. Sərhədimizdə Türkiyəni təhdid edən heç bir ünsürün yerləşməyəcəyi nöqtəyə gəldiyimiz ana qədər mübarizəmiz davam edəcək. Ölkəmiz özünə qarşı heç bir təhdidə, heç bir yerdə hər hansı bir hadisəyə icazə verməyəcək. Bu günədək bu qərarlılığı sərgiləmiş və lazımi tədbirlər görülmüşdür”.
Qeyd edək ki, Türkiyə cənub sərhədində torpaqlarının təhlükəsizliyinə təhdid hesab etdiyi PKK terror təşkilatına qarşı “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarını uğurla həyata keçirərək bölgənin böyük qismini terrorçulardan təmizləyib. Münbiçin terrorçulardan təmizlənməsi məsələsində isə ABŞ Türkiyə ilə razılığa gələrək bölgəyə birlikdə daxil olmağı və birgə nəzarət etməyi təklif edib. Lakin ABŞ bölgənin təhlükəsizlik tədbirləri ilə bağlı görüləcək işləri təxirə salır.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.