Millət vəkili: “Azərenerji” daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək?” -

5-11-2018, 13:15            22 dəfə baxılıb
  "Azərenerji" uzun illər SOCAR-ın xətti ilə dotasiya alan və sonradan borcları silinən qurum olaraq qalır. Aydınlıq gətirilməlidir ki, "Azərenerji" daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək?”
Aim.az "Report"a istinadən xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisinin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında deyib.
"Azərbaycan öyünür ki, Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Ölkə prezidenti çox haqlı olaraq məlum müşavirədə "Azərenerji"nin rəhbərliyini qınayıb. Bu adamlar nə üçün məsuliyyətsizliyə yol veriblər ki, ölkənin özünün daxili enerji təhlükəsizliyinə ziyan gəlib?”, - deyə deputat qeyd edib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.