Məcburi köçkünlər Yevlax rayon İcra başçısı Qoca Səmədovdan narazıdırlar-ŞİKAYƏT -

5-11-2018, 12:13            38 dəfə baxılıb
 Yevlax rayonunda məskunlaşmış məcburi köçkünlər Yevlax rayon İcra başçısı Qoca Səmədovdan narazıdırlar. Belə ki, köçkünlər iddia edirlər ki, Yevlax rayon İcra hakimiyyətinin başçısı Qoca Səmədov onların özlərinin böyük zəhmət və əziyyətlə inşa etdikləri yaşayış evlərini xüsusi texnikalar vasitəsilə dağıtmışdır.

Aim.az Sakinlərin sözlərinə görə onlara hədə-qorxu gələn İcra Başçısı Qoca Səmədov onların yaşadığı ərazini "İslam İnkişaf Bakına" satmış və ərazidə yaşayan sakinləri yaşayış yeri ilə təmin etmədən, onları ərazidən qovuşdur. Sakinlər İcra Başçısı Qoca Səmədovun onların başına getirdiyi bu müsibəti hətta, 1993-cü ildə Kəlbəcər işğalı zamanı ilə də müqayisə edərək, hazırda yaşadıqları çətinliyi daha ağır və dözülməz olduğunu dönə-dönə qeyd etmişlər.
Biz sözügedən ərazidə məskunlaşmış məcburi köçkünlərin şikayətini olduğu kimi dərc edirik. Bununla bağlı şikayətçilərin özləri tərəfindən çəkilmiş video çəkilişlər də var. Biz qarşı tərəfi də dinləməyə və məsələ ilə bağlı açıqlamasını dərc etməyə hazırıq.


шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.