Aleksis Sançes “Mançester Yunayted”lə şəxsi müqaviləsini razılaşdırıb

http://www.azadliq.az/wp-content/uploads/2017/01/rep-b44ab423ed5b56012cc221fb9b860ac1.jpg











18 Yanvar, 2018 15:05 xeber – İngiltərənin “Arsenal” klubunun futbolçusu Aleksis Sançes “Mançester Yunayted”lə şəxsi müqaviləsini razılaşdırıb.
“Report” “The Telegraph”a istinadən xəbər verir ki, 30 yaşlı forvard “qırmızı şeytanlar”la 4,5 illik müqavilə bağlayacaq. Çilili hücumçunun illik maaşı 14 milyon funt sterlinq təşkil edəcək. Həmçinin “Mançester Yunayted” Sançesə 20 milyon funt sterlinq bonus, agentinə isə 10 milyon funt sterlinq mükafat verəcək.
Çilili hücumçunun “Mançester Yunayted”in yarımmüdafiəçisi Henrix Mxitaryanla dəyişdiriləcəyi bildirilir. Keçidin ermənistanlı futbolçunun “Arsenal”la şəxsi müqaviləsini razılaşdırdıqdan sonra rəsmiləşəcəyi gözlənilir.
Londonluların baş məşqçisi Arsen Venger də bu iki futbolçunun dəyişdirlməsinə müsbət yanaşdığını açıqlayıb.
Qeyd edək ki, Aleksis Sançes “Arsenal”a 2014-cü ilin iyulunda İspaniya “Barselona”sından 35 milyon funt sterlinq qarşılığında transfer olunub.
loading...