Fatih Terim “təmizləmə” əməliyyatına başladı

http://teleqraf.com/storage/2018/01/05/09cbefb8ee7a5ec0c2088c8779ea950a.jpg

“Qalatasaray”a yenidən baş məşqçi təyin olunan Fatih Terim artıq komandanın heyətində ixtisarlara start verib.

Terim hollandiyalı futbolçu Naycel De Yonqla yollarını ayırıb.

Futbolçu ötən mövsümdə heç bir oyunda iştirak etməyib.

Qeyd edək ki, “Milan” və “Mançester Siti” kimi klublarda da çıxış etmiş De Yonq 2016-cı ilin avqustunda 2.5 milyon avro qarşılığında “Los Anceles Qalaksi” klubundan “Qalatasaray”a ​transfer edilmişdi./Teleqraf.com
aim.az
loading...