`Qarabağ` Rumıniya millisinin üzvünə `elçi düşüb`

http://faktxeber.com/resimler/haber/manset/758522_507371.jpg

"Qarabağ" klubu Rumıniya millisinin üzvünü transfer edir. Bu barədə Rumıniya mediası məlumat yayıb.

Məlumata görə, "Qarabağ" Buxarest "Dinamo"sundan Steliano Filipi heyətinə qatmaq istəyir. Klub rəhbərliyi 24 yaşlı futbolçu üçün 400 min avro (təxminən 810 min manat) tələb edir. Tərəflər arasında danışıqlar davam edir.

Sol cinah müdafiəçisinin yayda Kiyev "Dinamo"suna keçidi gözlənilirdi. Ukrayna klubu onun üçün 800 min avro təklif etsə də, "Dinamo" rəhbərliyi 1,5 milyon avro tələb etmiş və transfer baş tutmamışdı.

Bundan sonra Buxaret klubu onun maaşını aylıq 4,5 min avrodan 10 min avroya qaldırıb. Hazırda o, komandanın ən yüksək ödənişli ikinci futbolçusudu. "Dinamo" rəhbərliyi Filipi satmaqla bu yükdən qurtulmaq istəyir.

Stelianoya Türkiyədən və İtaliyanın ikinci liqasından da təkliflər var. Amma ən real təklifin "Qaoabağ"dan gəldiyi bildirilir.

Qeyd edək ki, Steliano Filip 2012-ci ildə Rumıniyanın "Avikola Buzias" klubundan "Dinamo"ya 100 min avroya (hazırkı məzənnə ilə 202 min 600 manat) transfer olunub. Hazırda "Transfermarkt" ona 1,4 milyon avro (təxminən 2 milyon 840 min manat) qiymət qoyub. Cari mövsümdə 21 rəsmi oyuna çıxan müdafiəçi 1 qol vurub. 2015-ci ildən Rumıniyanın əsas millisinə çağırılan futbolçu 7 matçda meydana çıxıb./Fanat.Az
aim.az
loading...