Futbol Federasiyası Terimi saymadı - 3,5 milyonun davası

http://teleqraf.com/storage/2018/01/03/received_1613137348740091.jpg

Türkiyə Futbol Federasiyası baş məşqçilərin seminarına Fatih Terimi çağırmayıb.

Türkiyə Futbol Federasiyası yanvarın səkkizindən onuna kimi Antalyada baş məşqçilərin seminarını təşkil edəcək. Seminara Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku ilə yanaşı, Türkiyənin və Avropanın da təcrübəli futbol mütəxəssisləri dəvət olunub. Ancaq bu seminara Fatih Terimi çağırmayıblar.

Qeyd edək ki, Fatih Terim millidən gedəndən sonra Türkiyə Futbol Federasiyasını məhkəməyə verib və 3,5 milyon avroluq təzminat davası açıb./Teleqraf.com
aim.az

loading...