Natiq Abbasov vəzifəsindən istefa verdi -

28-11-2018, 11:30            37 dəfə baxılıb
 İş adamı Elçin Zeynalovun rəhbəri olduğu Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidenti Natiq Abbasov tutduğu vəzifədən istefa verib.
Aim.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə N.Abbasov özü məlumat verib.
“Artıq bu məsələləri texniki direktor Leyla Əliyeva icra edir. Hazırda federasiyanın vitse-prezident postu boşdur. Əvvəldən də olduğu kimi "Kür” Olimpiya Tədris İdman Mərkəzinin direktoru vəzifəsini icra edirəm. Sadəcə olaraq orada başqa işlər tapşırılmışdı, çatdıra bilmədiyim üçün istefa verməli oldum. Bu məsələləri də Leyla xanım öz üzərinə götürdü. Bundan əlavə idmançılarımız da çox azalıb, əvvəlki kimi deyil”, - o bildirib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.