Sumqayıtda 7 yaşlı uşaq beşinci mərtəbədən yıxılaraq ölüb -

3-11-2018, 11:00            26 dəfə baxılıb
 Sumqayıt şəhərində 7 yaşlı qız binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb.
Aim.az "Report"a istinadən məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini 2011-ci il təvəllüdlü Qurbanova Nuranə Namiq qızı yaşadığı 41-ci məhəllədə binanın 5-ci mərtəbəsində pəncərəyə çıxıb. Bu zaman o, yıxılaraq yerə düşüb. Nəticədə uşaq ağır xəsarətlərdən yerindəcə ölüb.
Qeyd edək ki, N.Qurbanova 1-ci sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.