Azərbaycanlı təhqirə görə erməninin EVİNİ YANDIRDI -

5-12-2018, 17:15            193 dəfə baxılıb
 Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Rzayev Kənan Əfqan oğlu yaşadığı Qoloseevskiy rayonunda erməni mənşəli qonşusunun təhqirlərinə dözməyib, hücum edərək onun evini yandırıb.
Aim.az publika.az-a istinadən xəbər verir ki, rayon polisi tərəfindən artıq saxlanılan K. Rzayevin hadisənin törətməsinin səbəbi kimi qonşusu ilə aralarında yaranan mübahisədə onun qarşı tərəfdən milli zəmində təhqirlərə məruz qalması olduğu bildirilir.
Təhqirlərə dözməyən azərbaycanlı erməniyə hücum edərək iki otaqlı evinə od vurub, hadisə nəticəsində ev tamamilə yanıb. Hadisə nəticəsində insan tələfatı olmayıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.