Tərtərdə mərmi tapılıb (FOTO)

https://cdn.trend.az/media/pictures/2018/01/02/anama_020118_03.jpg








Tərtər rayonu ərazisində 1 ədəd mərmi tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, yanvarın 2-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu, Qaynaq kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin kəndin ərazisində 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik raketin döyüş başlığı aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş döyüş başlığının ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib. Ümumilikdə, Agentlik tərəfindən 1 yanvar-2 yanvar 2018-ci il tarixlərində Tərtər rayonu ərazisində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 300 kv.m ərazi yoxlanılıb.




https://cdn.trend.az/media/pictures/2018/01/02/anama_020118_02.jpg
https://cdn.trend.az/media/pictures/2018/01/02/anama_020118_04.jpg
aim.az
loading...