Qaxda 14 yaşlı qız dəm qazından zəhərlənib

Qaxda 14 yaşlı qız dəm qazından zəhərlənib













Qaxda 9-cu sinif şagirdi dəm qazından zəhərlənib.

aim.az APA-ya istinadən xəbər verir ki, saat 19 radələrində rayonun Qaxbaş kənd sakini, 2003-cü il təvəllüdlü Nərmin Pərviz qızı Hüseynova zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına daxil olub.
MRX-dan verilən məlumata görə məlumata görə, müayinə zamanı 9-cü sinif şagirdi olan Nərmin Hüseynovanın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənməsi məlum olub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Nərmin Hüseynovanın vəziyyətinin stabilləşməyə doğru getdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
loading...