Xızıda 157 ədəd partlamamış hərbi sursat aşkarlanıb

https://apa.az/upload/images/news/2017/december/26/big/1.JPG

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.



ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, dekabrın 25-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 157 ədəd partlamamış hərbi sursat (PHS), 303 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 204 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 397 500 kv.m (39.75 ha) ərazi yoxlanılıb.



Ümumilikdə, 105 gün ərzində 23 950 ədəd partlamamış hərbi sursat (PHS), 15 565 ədəd partlamış-yanmış sursat qalıqları və 88 619 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 76 572 678 kv.m (7 657 ha) ərazi yoxlanılıb.

https://apa.az/upload/images/news/2017/december/26/big/2.JPG

https://apa.az/upload/images/news/2017/december/26/big/3.JPG

https://apa.az/upload/images/news/2017/december/26/big/4.JPG
loading...