Sabirabadda təcili yardım maşını aşıb, 5 nəfər xəsarət alıb -

8-11-2018, 15:30            29 dəfə baxılıb
 Sabirabad rayonunda yol qəzası baş verib.
Aim.az "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xankeçən kəndi ərazisində qeydə alınıb.
Belə ki, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının (TTTYS) Salyan regional məntəqəsinə məxsus UAZ markalı avtomobil Şirvan şəhərindən geri qayıdarkən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Hacıqabul rayon sakinləri - 1962-ci il təvəllüdlü Mərziyyə Məlikalı qızı Məlikova, onun qardaşı, 1960-cı il təvəllüdlü Rəhim Məlikalı oğlu Məlikov, Salyan rayon sakini, 1961-ci il təvəllüdlü İsa Əjdər oğlu İsmayılov, Neftçala rayon sakini, 1960-cı il təvəllüdlü Güllüqız Qoca qızı Məlikova və 1962-ci il təvəllüdlü Gülnarə İmanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.