Bakıda xəstəxanada kütləvi zəhərlənmə -

8-11-2018, 14:30            21 dəfə baxılıb
 Bakıda 8 saylı şəhər poliklinikasının əməkdaşları zəhərlənib.
Aim.az Oxu.Az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, poliklinikada dəm qazı qoxusu hiss edildiyi üçün hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb:
“Yeddi həkim təxliyyə edilərək, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib. Heç birində zəhərlənmə əlaməti olmadığı üçün evə buraxılıblar. Sadəcə həkimlər qorxub, təlaşlanıblar”.
Nazirlikdən qeyd edilib ki, hazırda poliklinikanın içərisinə dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır:
“Çünki xəstəxana qazlaşdırılmış bina deyil”.
Hazırda faktla bağlı araşdırma aparılır.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.