Ağır qəzada ölənlərin kimliyi bilindi - ikisi xalaoğludur -

10-01-2019, 13:00            116 dəfə baxılıb
 Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində qəza baş verib. 40 BS 143 nömrəli "VAZ 21010" markalı avtomobil 40 BL 944 "Ford" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər vəfat edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Aim.az qafqazinfo-ya istinadən verdiyi xəbərə görə ölənlərin ikisinin kimliyi məlum olub.Qəza nəticəsində Qasımov Coşqun Kamil oğlu və Abasov Zakir Eldəniz oğlu dünyasını dəyişib. Onların xalaoğlu olduqları bildirilib.
Yaralı Ramin Əlfəddin oğlu Seydəhmədovun vəziyyəti ağırdır.Qeyd edək ki, bu gün səhər saatlarında baş verən qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.