Bakıda 2 otaqlı evdə yanğın olub, xəsarət alan var

https://cdn2.trend.az/media/pictures/2016/11/24/fhn_car_241116.jpg











Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yanğından qonşu evlər mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
loading...