Azərbaycanda 3 universitetdə terror etmək istəyirdi – Hakim güzəştə getmədi

http://www.bizimyol.info/az/wp-content/uploads/2018/01/ishid.jpg
















Terrorçuluğa cəhddə və silahlı cinayətkar dəstə yaratmaqda təqsirləndirilən Fərid Sadıqov barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Əbdülxaliq” dini ləqəbli F.Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib. Onlar Bakı Dövlət Universiteti, İslam Universiteti, Dövlət Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazaları, lombardlara hücum etməyi planlaşdırıblar. Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı öldürülüb, F.Sadıqov isə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın azaldılması üçün apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov sədrliyi ilə keçirilən prosesdə hökm dəyişdirilmədən qüvvədə saxlanılıb./“Qafqazinfo”
loading...